İstəyirsən yat bir az…
Sonra durub gedərsən,
İsti çayım, tünd dəmim..
Bəlkə mənlə içəsən?
Örtərəm lap üstünü
Soyuq dəyməsin sənə..
Otağı qaraldaram..
İşıq düşməz gözünə
Çox qoymaram yatmağa
Açarsan gözlərini
Qaranlığa qalsan da
Yola salaram səni…
İstəyirsən yat bir az..
Sonra durub gedərsən
Bu son görüş başa düş…
Axı nə tələsirsən?





Bir şərh yazın