…nə çox səs-küy var imiş,
səssizliyində sənin…
Mən hardan biləydim ki,
Səsi yoxmuş səsinin…
Ağır olurmuş demək,
Bir qadının susması,
Gözləri ilə danışıb,
Sözdən uzaq qaçması…
Sən susandan bu evdə
Deyinən daş-divardı.
Nə olar bircə kəlmə de..
Səssizliyin kar edir..
Sənsizliyin ağırdı…





Bir şərh yazın