Yolun düşsə keçərsən biz yaşayan küçədən,
Yəqin, mən də baxaram uzağa pəncərədən..
Lap istəsə ürəyin, başını qaldırarsan,
Gözucu mənə baxıb sonra addımlayarsan..
 
Sözüm düşsə yanında, qulaq verib, dinlərsən,
Guya xəbərsiz kimi, məndən sual verərsən.
Bəlkə onda bilərsən səndən sonra halımı,
Necə pozdun getməklə gül kimi əhvalımı…

Bir şərh yazın