Günahımı boynuma alıram,
mən oğruyam!
Bəli, əli əyriyəm,
günahlarla doluyam!
Ciblərimi axtarsan
sözlərini taparsan,
Ovucumun içində
əlinlə rastlaşarsan.
Pencəyimin cibində
saçını gizlətmişəm.
Adını alıb səndən
alnıma həkk etmişəm.
Mənimki xəstəlikdir
Özümlə bacarmıram,
Hər görəndə mən səndən
Nəsə oğurlayıram.
Gözlərin, dodaqların,
ətrin, hamsı məndədir.
Başdan ayağa sənəm,
Məndən qalan heçnədir!





Bir şərh yazın