Elə gedərəm inan, yoxluğumdan qorxarsan.
İsti olmayan çaydan, boş qazandan qorxarsan.
Gündüzlər gizlədərsən, kimsə bilməz dərdini,
Amma gecə olanda, tək yastıqdan qorxarsan,

Səssizliyim batırar qulaqlarını sənin,
Kişilər ağlamazlar?
Amma sən ağlayarsan
Üz-gözünü tük basar, saç saqqala qarışar.
Güzgünün qabağında öz-özündən qorxarsan..

Görməz daha gözlərim, sevməz ürəyim səni,
Soyuqluğum üşüdər, ayazımdan donarsan.
Mən Əzrail deyiləm, canınla işim yoxdur,
Di gəl, elə gedərəm, yaşamaqdan qorxarsan…

Bir şərh yazın