Sosial mediada uğur əldə etmək onunla düzgün işləməklə başlayır. Doğru seçilmiş vizual və ünvanlanmış mesaj, düzgün hədəf kütlə sizi çatmaq istədiyiniz yerə mütləq aparacaqdır. Vaxtı ilə sadəcə paylaşım etmək üçün istifadə etdiyimiz bu dünya, günümüzdə bir çoxumuzun işi və gəlir mənbəyidir.

Siz əgər çox sayda hesab idarə edirsinizsə, aşağıda adlarını sadaladığım vasitələr bu yolda sizin əlinizdən tutacaq. Özümün də istifadə etdiyim və araşdırma zamanı tanış olduğum həmin vasitələri sizə təqdim edirəm 🙂

  1. Facebook Creator Studio – Facebook-un səhifə idarəçiləri üçün özünün yaratdığı pulsuz bir xidmət. Bu xidmət sayəsində istər Facebook, istərsə də İnstagram üzərindən postlarınızı planlaya (schedule), paylaşımlar edə bilərsiniz. Facebook story paylaşımını da edə biləcəyiniz platformada instagram storylərinin paylaşımı etmək hələ ki mümkün deyil.
  2. HootSuite – HootSuite da eyni zamanda idarə etdiyiniz bütün sosial media hesablarınızda paylaşım imkanı verir. Proqram ödənişlidir. Lakin 1 aylıq pulsuz istifadə imkanı da təqdim edir.
  3. Buffer – Buffer vasitəsilə də paylaşımlarınızı bir yerdən idarə edə bilərsiniz. Əlavə olaraq Buffer sizə paylaşım nümunələri də təqdim edir. İlk istifadənizdə sizə 14 günlük pulsuz versiyasını təqdim edir.
  4. Canva – Canva ilə bir-birindən maraqlı və rəngarəng vizuallar hazırlaya bilərsiniz. Bunun üçün photoshopu bilməyinizə ehtiyac yoxdur. Canva özü sizə yardımçı olacaqdır. İstər vizual, video, istər təqdimatlar, istər dəvətnamələr, istərsə də vizit kartlar hazırlaya bilərsiniz. Ağlınıza gələ biləcək hər şey Canva-da mövcuddur. Ödənişli versiyasında isə fərqli üstünlüklər sizi gözləyəcək.
  5. Removebg – Sizə şəkillərinizin arxa fonunu təmizləmənizə yardımçı olacaqdır. Sadəcə şəkli yükləyin, qalan iş onluqdur 🙂
  6. Keyfiyyətli şəkilər yükləmək istəyirsinizsə – Shutterstock, Freepik, Pexels, Depositphotos
  7. Videolar istəyirsinizsə – Shutterstock, Freestock, Mixkit.co, Videezy sizə yardımçı ola bilər.

Siz də faydalı bildiyiniz proqramların adlarını rəylərə yaza bilərsiniz.

Təşəkkürlər 🙂

Bir şərh yazın