“Anacan, pls pəncərə silməyi gələn həftə üçün schedule edərik” deyirsiniz, və kimsə sizi anlamır? Təbriklər, siz plaza dilinə (Biznes dili) tam hakimsiniz 🙂

Plaza dili nədir?

Plaza dili – Şirkət çalışanlarının öz aralarında istifadə etdikləri dil növü olub, ingilis dili ilə ana dilin birləşməsindən əmələ gəlmişdir. Siz bu dildə evinizdə, kəndinizdə, məhəllənizdə danışsanız sizi anlamaya bilərlər. Ona görə də bu dildən istifadə yerləri elə şirkətlər, plazalar olsa yaxşıdır. Dərzinizə “sizə bu pencək üçün brief verəcəyəm” deməməyiniz isə məsləhətdir 🙂

Plaza dilinə aid bəzi terminləri təqdim edirəm:

Schedule etmək: Planlaşdırmaq
Növbəti iclası schedule etdim.

Deadline: Bir iş və ya tapşırığın bitiş zamanı.

Deadline üçün çox az vaxt qalıb, bəlkə bir az tələsəsən?

Push etmək : bir işi sürətləndirmək, irəli aparmaq

Mən bir həftədir səni push edirəm, lakin hələ də bir nəticə yoxdur.

Feedback: Geridönüş
Mən sizdən feedback gözləyirəm ki, işi davam etdirim.

Focuslanmak: Diqqəti toplamaq

Hal-hazırda heç bir yerə gedə bilmərəm, tamamən işə focuslanmışam.

Attach etmek: E-mailə fayl əlavə etmək
Göndərdiyiniz e-maildə təqdimatı attach etdiniz?

Brainstorming: Beyin fırtınası, düşünmək, ideya yaratmaq.

Bu layihə üçün 2 gecədir brainstorming edirik.

Brief: Bir iş və ya layihə ilə əlaqədar detallı məlumat vermək
Siz mənə brieflərinizi verin ki, mən sizin istədiyiniz işi təhvil verə bilim.

Confidential: Gizli
Bu layihə çox confidential-dır. Xahiş edirik gizliliyi qoruyaq.

Down olmaq: Əhvalın düşməsi
Bu ayın nəticələrindən sonra çox down olmuşam.

Ignore etmək: görməməzlikdən gəlmək

Bütün günü zəng etmişəm, adam məni ignore edir.

Meeting: İclas
Çox yorulmuşam, bütün günü meetingdə idim.

Team: komanda

Bu team ilə bacara bilmədiyimiz iş yoxdur!

Timeline: zamanlama
Sənin problemin timelinedir. Ona görə işlərini çatdırmırsan.

Update etmək: yenilənmə
Bütün məlumatlar update olunub, yenidən oxumalıyam.

Sizin də həmişə istifadə etdiyiniz sözlər varsa, rəylərdə əlavə edə bilərsiniz.

Bir şərh yazın