A/B testing-i bir növ “virtual təcrübə” də adlandırmaq olar. A/B tesləri məhsul (xidmət) üçün hansı təklif strategiyasının daha effektiv olacağını sizə göstərir. Daha asan dillə desək, müştərinin məhsulunuzu necə görmək istədiyini A/B testləri vasitəsilə öyrənə bilərsiniz.
A/B testlərini hər bir sahədə yoxlaya bilərsiniz: Saytlar, tətbiqlər, reklamlar və s. Günümüzdə reklam kanalları da bu da üstünlüyü bizlərə təqdim edir.
Tutaq ki, siz online ticarətlə məşğulsunuz. Sifariş bölməsində kiçik amma diqqət cəlb edəcək dəyişikliklər etmək və bununla da satışlarınızı artırmaq istəyirsiniz. Bəs həqiqətən də bu dəyişikliyə müştəriləriniz açıqdırmı? Bunu A/B testing vasitəsilə öyrənə bilərsiniz. Səhifəni yaradıb əvvəki səhifə ilə eyni dərəcədə müştərilərinizə təqdim edirsiniz və nəticələrə əsasən doğru yolda olub-olmadığınızı özünüz müəyyənləşdirirsiniz. Qeyd etdiyim kimi bu üsulu eyni zamanda sosial mediada verdiyiniz reklamlarda da yoxlaya bilərsiniz.

A/B testi edərkən maliyyə vəziyyətinizi də göz qarşısında saxlamalısınız. Əgər yeni biznes sahibisinizsə yaxşı olar ki, ilkin etapda kiçik miqyaslı testlər həyata keçirəsiniz.
A/B tesləri zamanı aşağıdakı addımları nəzərdə saxlayın:
- Özünüzü tanıyın – İlk öncə saytınızın və ya tətbiqinizin vəziyyətindən xəbədar olmalısınız. Üstün və zəif tərəflərinizi müəyyən etməli, nəyə nasil olmaq istədiyinizi bilməlisiniz.
- Hədəflərinizi təyin edin – İndi nə etmək istədiyinizi təyin etməli və hədəflərinizlə hədəf kütləmnizi birləşdirməyə çalışmalısınız.
- Versiyalarınızı yaradın – Test üçün versiyalarını yaradın və bunu edərkən diqqətli olun. Unutmayın ki, bunları müştəriləriniz görəcək və siz bunun üçün maliyyə və vaxt sərf edirsiniz.
- 2 həftə test – Testinizin ən az 2 həftə yayında olmasına fikir verin.
- Aktiv olun – Yayımladığınız versiyaların hədəf kütlənizə çatdığından və aktiv olduğundan əmin olun.
- Hədəf kütlənizi qarışdırmayın – Eyni insanların iki fərqli versiyanı görmədiyindən əmin olun.
- Analiz edin – Test nəticlərini diqqətlə analiz edin.
- Nəticə çıxardın – Nəticələri ilkin məlumatlarla qarşılaşdırdıqdan sonra lazımi dəyişiklikləri həyata keçirə bilərsiniz.
Google Adwords agentliyi A/B testinq zamanı bir neçə məsələdə diqqətli olunmasını tövsiyyə edir. Parametrləri təyin etdikdən sonra ən effektiv testi həyata keçirmək üçün mütləq auditoriya trafikini bərabər bölmək lazımdır. Dəyişənlərdən başqa bütün göstəricilərin balanslı və ədalətli paylanması lazımdır. Yoxsa testin uğuru haqqında danışmaq mümkün olmaz.
Tutaq ki, reklam vizualımız var və onun hansı halda daha çox klik alacağını ölçmək istəyirik. Eyni məqsədli lakin iki fərqli vizualı test edirik. Hansına daha çox klik gəldiyinə baxmaq istəyirik, lakin A testinin büdcəsinin B testindən çox olduğunu görürük. İki reklam üzrə reklam büdcəsi və vizualla birlikdə ümumilikdə 4 dəyişənimiz var. 4 dəyişənli bir testdə hansı nəticənin düzgün olduğunu müəyyən edə bilmərik. Klikə büdcə, yoxsa vizual təsir edib, bunu müəyyənləşdirmək çətindir. Ona görə də bir testin 2-dən çox dəyişənin olması məsləhət deyil. A/B testi üçün mütləq vaxt və büdcə dəyərləndirməsini düzgün etməlisiniz. Düzgün edilməmiş planlaşdırma nəinki xərclərinizə, eyni zmanda brendinizə də zərər vura bilər.
A/B testi etmək istəyənlər üçün aşağıdakı vasitələr yardımçı ola bilər:
Google Website Optimizer – Veb-saytlar üçün Google tərəfindən təqdim olunan ödənişsiz test vasitəsidir. Sələflərindən ən böyük fərqi Google Google Analytics hesabınız ilə birlikdə çalışmasıdır. Bu xüsusiyyət sayəsində sınaqların nəticəsilərini Analytics hesabınızdan izləyə bilərsiniz.
Max A/B – WordPress-də A/B testləri etmək üçün yaradılmış ödənişsiz əlavə.
Webtrends – A/B testi üçün istifadə edə biləcəyiniz ödənişli vasitələrdən biri də Webtrends’tir.
Unbounce – Landing page hazırlamaqla yanaşı bu page-lərdə sınaqlar həyata keçirməyə imkan verən ödənişli vasitə.
Facebook – Kampaniyalar üzrə hazırladığınız kreativlər, hədəf kütlələri, mətnlər üzərində A/B testləri etmənizə imkan verir.






Bir şərh yazın