İlk növbədə estafeti mənə ötürdüyü üçün Könül Soltanovaya təşəkkürümü bildirirəm.
Təəssüflə qeyd etmək istərdim ki, mən marketoloq deyiləm, marketinq sahəsində təcrübəm demək olar ki, yoxdur.
Böyüklərim (təcrübə və bilik cəhətdən), səhvlərim varsa da bu səbəbdən üzrlü sayın 🙂
Axına başqa bir qoldan qatılmağa qərar verdim…və budur məni düşündürən suallar…
Bəlkə biz müştəri olmaqla düz eləmirik?
Bəzən girdiyim bir mağaza və ya restoranda müştəri olduğum üçün utandığım anlar çox olub.
Xidmət göstərənlərin müştəri ilə danışıq tərzi, müştəriyə yaxınlaşma forması o qədər “canayaxın” olur ki, sonda şəxsən mən bəyənmədiyim nəsə olarsa üzr istəmədən həmin məkanı tərk edə bilmirəm. Hətta bəzən bəyənmədiyim bir şeyi almaq məcburiyyətində qaldığım da az olmayıb.
Bəlkə Bakı küçələrinin bizdən üzr istədiyi kimi biz də bir yerə gedərkən ” müvəqqəti narahatçılığa görə üzr istəyirik” yazısı olan bir vərəqlə gəzək?
p.s. Pis fikir deyil ha 🙂
Universitetdə çalışan laborant işçi, mağazada satıcı, avtobusda sürücü, restoranda ofisiant, telefonda danışdığım operator bir sözlə xidmət göstərənlərin əksəriyyəti göstərdikləri rəftar ilə məni ən azı yarım saat şok halına sala bilir.
Qeyd etmək istərdim ki, mən heç də çətin və qaba müştəri olmamışam ))
Rafiq Hunaltay “Bəlkə düz eləmirik universitetlərdə dərs deyirik?” sualını verərkən sonda “Allahını sevən cavab versin” deyə qeyd eləmişdi..
Cavab verirəm: Vallahi billahi düz eləyirsiniz 🙂
Bəlkə bu sayədə nəsə dəyişdi.. Gələcək nəsilləri düşünürəm.. bizdən keçib onsuzda 🙂
Bəlkə biz, sosial şəbəkələrdə olmaqla düz eləmirik?
“Uşaq ailənin güzgüsüdür” sözü tarixə qarışıb artıq..
“Facebook insanın güzgüsüdür” #mence 🙂
Sosial şəbəkə çox risklidir əslində. Son illər müşahidə elədiyim bəzi şeylər var. Belə ki, sosial şəbəkə illərdir yaratdığınız imici bir anda yox edə bilər. Edilən paylaşımlar, yazılan şərhlər, bəyənilən kontentlər…
Sadəcə bir hərəkətə baxır yaratdığınız hər şeyin məhv olması..
Bu şirkətlərə də aiddir, şəxslərə də..
Şirkət müəyyən dərəcə özünü təmizə çıxara bilər, müştərilərindən üzr istəyər, işçisini cəzalandıra bilər və ya bizim əksər şirkətlərin etdiyi kimi sadəcə susa bilər..
Bəs şəxslər? Bu haqda heç bir fikrim yoxdur.
Bəlkə biz tənqid etməklə düz eləmirik?
Heç kəs öz ayranına turş deməz. Amma mütləq turş deyən tapılar. Həyatın qanunu budur. Tənqid hər zaman münasibətləri korlayır. Bizlər tərif sevən millətik. Problem tənqidi tərifsiz deməyimizdədir.
Bir başqa problemdəki hər adamı təriflə belə olsa tənqid eləmək olmaz.
Müştərini tənqid etməməlisən, müdürünü tənqid etməməlisən, dişin bağırsağını kəssə də susmalısan…
Acınacaqlı haldır..
p.s.tənqidi tərgitməliyəm..
Bəlkə biz düz deməklə düz eləmirik?
“Ən böyük biclik düzgünlükdür” deyiblər. Amma mən bu sözün qarşısında “Susmaq qızıldır” məsəlini çəkib susmağı seçirəm…








Günel Abduraxmanova |#Birazferqli – Blog'umuz :) üçün bir cavab yazın Cavabı ləğv et