Kimdənsə küsmək, nədənsə küsməkdən daha yaxşıdır. Küsdüyün kimsə bəlkə nə vaxtsa səhfini anlayıb gələr və könlünü alar. ya küsdüyün nələrsə?

Bəxtindən inciyərsən, taleyindən inciyərsən, özündən inciyərsən.. Bəs onda kim gəlib könlünü alar sənin?

Biçarə qalarsan. Ağlasan da, söysən də, qışqırsan da xeyri olmaz.. İçin yanar… Nə dərdini danışa bilərsən, nə də əvəzində sən küsə bilərsən. Sanki qışqırırsan, amma heç kim eşitmir. Əvəz belə çıxa bilməzsən.. Bir sual ilişər beyninə..

İNDİ MƏNİM KÖLNÜMÜ KİM ALACAQ?

“İndi könlümü kim alacaq?” üçün bir cavab

  1. […] yazılar) Həqiqətən,çox yazısını oxudum,anladım ki,boş yazmır) Oxumağa vadar edir) Misal 1 , Misal 2, Misal 3. Yazılar üçün […]

    Bəyən

Bir şərh yazın