Siz heç səssizliyi dinlədinizmi?
Mən dinlədim…Heç kimə məsləhət görmürəm…Halbuki çox yerdə eşitmişəm səssizliyin səsi rahatlıq verir.. ama mən ürkdüm..
mən susub dinləyəmə başlayan kimi, səssizlik danışdı.. dayanmadan gah qışqırdı, gah pıçıldadı, gah ağladı, gah söydü.. Amma susmadı…səssizlik mənə məni danışdı…özümə yazığım gəldi, özümü sevdim, özümə acıqlandım, özümə hörmət elədim, özümə nifrət elədim….. özümdən qorxdum….
səssizliyin səsi susmadı….sən demə o heç susmurmuş…həmişə danışırmış….biz sussaq, bircə an susa bilsək onu eşidə bilərmişik…
mən susdum… onu eşitdim…indi isə danışa bilmirəm….
nə vaxtsa o sussa..bəlkə mən danışaram…..

One response to “Səssizliyi dinləmə”

  1. Tural Dunyamaliyev Avatar
    Tural Dunyamaliyev

    Sessizlik eslinde hec vaxt susmayib..sadece biz bu ses cox cixlugunda sessizkiyin sesine qulaq asmamisiq…esitmemezliye vurmusuq ozumuzu..gozardi etmisik…cunki qorxmusuq sessizlikden…heqiqetletlerle uz uze gelmekden…aci heqiqetleri sirin yalanlarla unutmagi daha asan cixis yolu bilmisik ozumuze ..

    tərəfindən bəyənildi 1 şəxs

Tural Dunyamaliyev üçün bir cavab yazın Cavabı ləğv et