Ömrümə kədərli payız gəlibdi,

Ağacdan ayrılan yarpaq kimiyəm.

Bir üzüm sevincdi, bir üzüm qəmdi

Gülməyə çalışan təlxək kimiyəm.

***

Bilmirəm nə deyim, nədən danışım,

Quruyub, dinməyən dodaq kimiyəm.

Gözümdə canlanır qara baş daşım,

Ölümü səsləyən xəstə kimiyəm.

***

Bu gecə kövrəyəm, bir az dolmuşam

Qayğıya həsrətəm, uşaq kimiyəm.

Əlimdə qədəhim, bir az vurmuşam

Sanki ölənim var, yasda kimiyəm.

***

Qəlbimdə alov var, hey alışıram

Püskürməyə hazır vulkan kimiyəm.

Mən şair deyiləm, təkcə yazıram

Heç vaxt səslənməyən mahnı kimiyəm.

“Kimiyəm” üçün 3 cavab


  1. sizce cox oxsamir?

    tərəfindən bəyənildi 1 şəxs

    1. Təşəkkür edirəm həqiqətən bu mahnıya fikir verməmişdim. Amma düzdü kimiyəm sözünə görə bənzərlik var. Bu şeir 2012-ci ildə yazılıb. Və hər hansı bir şeir və ya mahnıdan ilhamlanaraq yazılmayıb. Təşəkkür edirəm diqqətinizdən dolayı 🙂

      Bəyən

  2. […] olar ki,çoxu şeirdir. Çox maraqlı şeirlərdir,sevdiklərim çox oldu. Oxumaq üçün bir misal “Kimiyəm”) Şeirlərlə yanaşı,bəziləri insanları məlumatlandırmaq üçün olan yazılardır. Hansı […]

    Bəyən

Bir şərh yazın