Ömrümə kədərli payız gəlibdi,
Ağacdan ayrılan yarpaq kimiyəm.
Bir üzüm sevincdi, bir üzüm qəmdi
Gülməyə çalışan təlxək kimiyəm.
***
Bilmirəm nə deyim, nədən danışım,
Quruyub, dinməyən dodaq kimiyəm.
Gözümdə canlanır qara baş daşım,
Ölümü səsləyən xəstə kimiyəm.
***
Bu gecə kövrəyəm, bir az dolmuşam
Qayğıya həsrətəm, uşaq kimiyəm.
Əlimdə qədəhim, bir az vurmuşam
Sanki ölənim var, yasda kimiyəm.
***
Qəlbimdə alov var, hey alışıram
Püskürməyə hazır vulkan kimiyəm.
Mən şair deyiləm, təkcə yazıram
Heç vaxt səslənməyən mahnı kimiyəm.





Ali üçün bir cavab yazın Cavabı ləğv et