Son bir neçə həftədir ki, Facebook sosial şəbəkəsində qarşıma iPhone satış reklamları həddindən artıq çox çıxır. Elə bil oğru yadına daş salırlar :). Hərçənd ki, hər dəfə həmin reklamlara daxil olub heç bir şey ala bilməsəm də, “alası olsaydım hardan alardım?” sualı məni düşündürür. Hər halda bacardıqca sərfəli şərtlərlə almaq istərdim.

Əminəm ki, mənim kimi düşünənlər heç də az deyil. Mən də boş oturmadım düşündüm ki, qarşıma öz reklamları ilə çıxan iPhone satıcılarını bir az müqayisə edim.

Ümidvaram faydalı olar..

P.S.Beynəlxalq online sifariş saytlarından istifadə etməyən biri olduğumu qeyd edirəm ki, mənə onları misal çəkməyəsiniz 🙂

Fromae.az

Son bir həftə olar ki, gözümün önündə istədim istəmədim olan saytlardandır. Saytın tərkibi olduqca asandır. Axtarış sistemini şəxsən mən bəyəndim. Lakin iPhone məhsullarına nəzər saldıqda mənim üçün bir az qarışıqlıq yarandı. Aşağıdakı cədvəldə həmin fərqləri və qarışıqlığı görə bilərsiniz.fromae.azSaytın online çat xidmətindən yararlanaraq eyni məhsullarda qiymət fərqlərinin niyə olduğunu öyrənmək istədim və müraciət etdim.
Təxminən 50 dəqiqə sonra mənə cavab verildi. Dubay bazarından asılı olaraq qiymətlərin dəyişdirildiyini söylədilər.

Burada sual doğur “nə üçün saytdakı məlumatlar mütəmadi yenilənmir?”

fromae.az-dan iPhone sifariş vermək istəyənlər üçün bildirim ki, çatdırılma müddəti 5 gündür, məhsul üçün zəmanət müddəti 1 ildir və qiyməti 20 AZN-dir, çatdırılma xidmətinin qiyməti 21 Azn-dir. Kredit almaq istəsəniz Kapitalkart, SmileCard, Bolkart, Albalı, Worldcard sahibi olmalısınız.

Mimelon.com

Facebook ana səhifəsinin sağ panelində gündə bir neçə dəfə bu saytın adını görürəm. Asan istifadə oluna biləcək bir saytdır və buradakı axtarış sistemi də rahatdır.

Satışdakı iPhone modelləri və onların qiymətləri vahiddir. Online çat xidmətinə yazılan suala demək olar ki, həmin dəqiqə geri dönüş oldu.
Sizə qiymətləri təqdim edirəm:mimelon.azMimelon-da da çatdırılma üçün ödəniş 21 $, təşkil edir. Azərbaycanda əlavə 1 il zəmanət üçün 20$ ödəməli olacaqsınız.
Kredit formasında almaq istəsəniz kredit karti sahibi olmalısınız.

myphone.ae

Həmişə izlədiyim saytlardan biridir. Xidmətlərindən istifadə etmədiyim üçün çatdırılma xidm’tləri haqqında bir şey söyləyə bilmərəm. Bizə maraqlı olan qiymətlərdisə bu da myphone.ae-nin iPhone qiymətləri:
mphoone.az
Saytın axtarış sistemi rahat sayıla bilər, lakin mənim üçün o qədər də operativlik baxımından rahat gəlmədi.

Online Çat xidməti kifayət qədər yaxşı sayıla bilər.

myphone.ae-dən iPhone sifariş etmək istəyənlər, kreditləşmə yalnız plastik (taksit) kartlarla mümkündür. Bolkart Mastercard, Albalı+ kredit kartlarla 3 və ya 6 aylıq ödəmə, KapitalKart 3, 6 ve ya 12 aylıq ödəmə mümkündür. 3 aylıq ödəmə seçimi üçün birdəfəlik komissiya haqqı 4,5%, 6 aylıq ödəmə üçün 9%, 12 aylıq ödəmə üçün isə 17%-dir və müştərinin hesabından tutulur. Çatdırılma haqqı isə 21 azn-dir. Lakin noyabr ayının 30-na kimi Black Friday ilə əlaqədar pulsuz çatdırlma olacaqdır. Yararlanasınız bəlkə ? 😉

kontakt.az

Kontakt Home-un rəsmi veb səhifəsindən də iPhonunuzu sifariş edə bilərsiniz. Sizə qiymətləri və çeşidləri təqdim edirəm.
kontakt.az
Online çat xidməti barədə heç nə deyə bilmərəm(çünki yoxdur), onun yerinə sizə çağrı mərkəzinin nömrəsin yazıram :*6060

Bir kəlmə söz soruşmaq üçün kimdə həvəs varsa yığa bilər 🙂

Saytın axtarış sistemi rahat kimi görünsə də operativlik baxımından yaxşı deyil. Çatdırılma xidməti pulsuzdur.

İPhone-nunuzu kreditlə almaq istəyirsinizsə, ilkin ödənişə ehtiyacınız olacaq.

Əgər Kontakt Home-dan iPhone almağı qərarlaşdırmısınızsa bacardıqca bunu tez edin, bəlkə davam edən “Şeş-Qoşa” kompaniyasında qalib olarsınız və məhsulu pulsuz apararsınız 🙂

irtelecom.az

Son günlərdə iPhone satışını Dubay vasitəsi ilə edən İrşad Telecom-da gördüyüm qədəri ilə sosial şəbəkələrdə reklam büdcəsini artırıb. İrşad-ın təklif elədiyi şərtlər də pis sayılmaz. Məsələn, rəsmi işçisinizsə iPhone-nunuzu 12 aylıq faizsiz şərtlərlə əldə edə bilərsiniz. Sizə İrşad Telecom-da iPhone modelləri və qiymətlərini təqdim edirəm.
ir telecom

Saytın axtarış sistemi çətin deyil, nəsə bir sualınız olsa həftənin 5 günü online çat xidmətindən yararlana bilərsiniz.

w-t.az

World Telecom da olan qiymətləri təqdim edirəm:

w-t.az
Saytın axtarış sistemi olduqca rahatdır. Demək olar ki, iPhone 6-nın bütün modelləri yerləşdirilib. Saytdan həm nağd həm də kredit sifarişi verə bilərsiniz.

İPhone-nunuzu kreditə almaq istəyirsinizsə, ilkin ödənişə ehtiyacınız olacaq.

Qiymətlərlə tanış olduq. Əgər ümumi analizə ehtiyac varsa daha rahat görə bilməyiniz üçün aşağıda bütün məhsulları cədvəl şəklində sizlərə təqdim edirəm:

0Capture
Yaşıl-ən ucuz; Qırmızı-ən baha

Qeyd: fromae.az saytında qiymət fərqlilikləri olduğu üçün sadəcə bir qiyməti qeyd elədim.

Belə nəticəyə gəlmək olar ki, ən bahalı qiymətlər yerli mağazalardadır. Dubay qiymətləri isə daha sərfəlidir.

Seçim sizə qalıb 🙂

Hər nə telefon istifadə etməyinizdən asılı olmayaraq gözəl xəbərlər almaq nəsib olsun 🙂

 

“iPhone alsam hardan alım ?” üçün 4 cavab

  1. Salam
    Sizin bu sualivizi vaxt var idi men ozume verirdim hansi telefonu ve haradan alim?
    Qeyd edim ki men hemise ucuz telefonlar istifade etmisem.
    Nokia markasinin muxtelif modellerini.
    Sebebini deye bilerem sade ,dozumlu, cerayani cox saxlayir -bu ise amperden asilidir.
    Elimden defelerle yere dusur hetta itse bele pesman olmursan.
    Teze markalar bazara cixandan nokianin tenezzulu basladi.
    Nehayet iphone almagi qerar verdim.
    Cox adam meslehet gordu sifaris ver Dubaydan getirsinler basqa birisi dedi filankes gedir pul ver getirsin. Hec kesin basini agritmadim ve minnetini goturmedim telefonu ele Bakida olan dilerlerin birinden aldim.
    Dedim eybi yox qoy 100 manat artiq verim sifarisle muqayisede .
    Nese problem olsa magaza qulagimin dibindedir yaxinlasaram problemsiz hell ederler.
    Uzun muddetdir istifade edirem problem hele cixmayib.
    Etrafimda olan insanlara baxiram gedir Bakida olan avto salondan teze masin alir ,evine esyalar, mebel , ve sair bahali esyalar alirlar .Amma…
    Bu sual meni dusundurub hemise niye mehz telefon alanda sifaris verirler?

    Bəyən

  2. […] oldu. Bunun hər yazıda olmaması da,daha maraqlıdır və fərqləndirir) Baxmaq üçün : Məsələn  .Nəhayət,dizayn üçün verdiyim […]

    Bəyən

  3. Men mimelon.com saytindan aldim bu sayt digerlerinden ferqli olaraq mehsulu Bakida ozderi tehvil verirler yeni ay pocta gedib dava qirgin etmeye ehtiyac olmur from.ae den sifarish etmisdik poctda vermediler yubatdilar

    Bəyən

  4. Bizde mimelon.com dan aldiq cox superdir telefon qiyemtde ela

    Bəyən

Bir şərh yazın