2016-cı ilin başlanğıcında bir sona imza atmaq qəribə hissdi. Keçdiyimiz il iş həyatı baxımından mənim üçün olduqca maraqlı idi. Belə ki, yepyeni bir layihəyə başlamaq və o layihənin hər bir anında iştirak etmək, sıfırdan bir işə can yandırmaq və heç də kiçik olmayan uğurlar yaşamaq.
Məni tanıyanlar yaxşı bilir söhbət nədən gedir.
sosialmedia.az – 2015-in gətirdiyi yeganə maraq idi.
Gözəl insanlar tanıdım, gözəl işlər ərsəyə gəldi və gözəl dualar eşitdim. Bir an dayanıb “Arzunu söylə” haqqında düşünəndə fərəh hissi məni hələ də boğur.
Sosialmedia.az mənim həyatıma az şey gətirmədi. Yaxşı dostlar, xoş xatirələr və təcrübə.
Tanıdığım hər kəsə həyatıma qatdıqları xoş şeylər üçün təşəkkür 🙂
Amma hər bir şeyin bir sonu var. və bu hekayənin də sonu gəldi..
sosialmedia.az-la əlaqələrim bitsə də davamlı münasibətlərə imza atdığımı düşünürəm.
Yeni bir başlanğıc üçün yenə bir sona ehtiyac var idi…






Dadaş Həsənsoy üçün bir cavab yazın Cavabı ləğv et