Facebook anlayışı ilə ilk dəfə İrəli İctimai Birliyinin bir görüşündə tanış olmuşdum (2009). Adını xatırlamadığım bir şəxs hamıya belə bir sual vermişdi:
“Hər halda Facebook haqqında hamınız eşitmisiniz”
Bəziləri “bəli, əlbəttə” desə də, mən də digərləri kimi susmuşdum.
Mənim nəinki facebook, heç komputer istifadəsindən başım çıxrmırdı (üzrlü səbəbim var idi, qınamayın 🙂 )
Adını eşitmişdim və mütləq məndə bilməli idim.
Bu gün facebook-a diqqətlə baxdıqda, əslində facebook (sosial şəbəkə) təfəkkürünün necə dəyişdiyini görməmək olmur.
Bu barədə Öz gördüklərimi və fikirlərimi sizlərlə bölüşəcəyəm. Əlavələr olarsa qeyd etsəniz sevinərəm.
Facebook 2006-cı ildə bütün istifadəçilərə təqdim olunub.
Təxminən 2008-2009-cu illərdə facebook Azərbaycan gənclərinin həyatına sürətlə girməyə başladı.
O illərdə istifadəçilərin əksəriyyətində real ad fobiyası var idi və düşünürəm o vaxtkı Azərbaycan cəmiyyəti üçün bunu normal saymaq olardı.
Nəinki ad eyni zamanda şəkil fobiyası. Qadınlar şəkil və adlarının qeyd olunmasından narahat idilər. (Səbəblər hər halda hamıya aydındır)
2011-2012-ci illərdə bir qrup insanlar oldu ki, facebook-u rəsmən din obyektinə çevirdilər. Şəxsən mən çox olub ki, dini qruplara əlavə edilmişəm və deyərdim ki, bu çox əsəbpozucu idi.
Yeni il ərəfəsində Dini paylaşımlar edərək bayrama qarşı etirazlar o illər “bizimkilər” tərəfindən olduqca aktual idi.
Facebook gəncliyinin bir digər problemi ailə problemi idi. İnternet anlayışının yeni-yeni özünü göstərdiyi o illərdə ailələr övladlarının( xüsusilə qız) yalnış insanlarla münasibətindən çəkindiyindəndimi bilmirəm amma internetə demək olardı ki, nifrət edirdilər. Və inanın mənə bu nifrət və qorxu hələ də var. Bir çox gənc sosial şəbəkələrdə bəlkə də buna görə heç əlaqəsi olmayan adlarla qeydiyyatdan keçərək, həmin o fobiyaların reallaşmasına səbəb olurlar.
“Yaxşı qız”, “Yaxşı oğlan”
2012-2014-cü illərdə dildən düşməyən “yaxşı oğlanlar” və onların təyin etdikləri “yaxşı qızlar”.
Bu söhbət facebook gündəminə də sirayət etmişdi. Belə ki, hətta gənclərimiz bu adla facebook səhifələri açırdılar. Şükürlər olsun ki, azaldılar. Yox olmaqlarını da ümid edirəm.
Bu gün baxıram ki, ətrafımda bir çox insan arıttamamilə kompleksiz formada sosial şəbəkələrdən artıq istifadə edir. Bəs düşüncələri nə dəyişdirdi?
Düşünürəm ki, ilk səbəblərdən biri orta yaşlı nəslin sosial şəbəkələrə özlərinin meyli oldu. Əgər 5 il əvvəl kim facebook-dan istifadə edir sualını verən müəllim, 5 il sonra kim facebook-dan istifadə etmir ki? sualını verirsə deməli maarifləndirmə və nümunə olduqca yardımçı olub.
Digər bir səbəb insanlar “boş verməyi” öyrəndilər. Qıraqdan gələn qınaqları qınamaqla onları qıra bildilər.
Sözün düzünə qalsa, hələ də “ayka”ların və digər “ka”ların olması insanı üzür amma, hər halda meşə çaqqalsız olmaz.
Ətrafında düzgün insanları saxladığın müddətcə, ha birdə qəlbini və beynini təmiz tutduğun müddətcə heçnə olan deyil. Sosial şəbəkələrdən düzgün istifadə edərək inkişafı məqsəd qoymaq daha yaxşı fikirdi #mence.
Facebook insanlara çox imkan təqdim edir, baxır sən nəyi görürsən 🙂





anonim üçün bir cavab yazın Cavabı ləğv et