Bir neçə il əvvələ qədər film izləməkdən həzz almırdım. Lakin vaxt keçdikcə hobbilərim sırasında film izləmək daxil oldu.
Bu günkü yazımda istəyirəm baxdığım və daha doğrusu baxarkən həzz aldığım filmləri bir araya toplayım. Çox uzun bir siyahı ilə yormaq istəmirəm kimsəni. Son bir neçə ayda izlədiyim maraqlı filmləri bir yerə topladım. Kiməsə maraqlı gəlsə izləyə bilər. Məsləhətli filmlərdi 🙂
Əvvəlcədən qeyd edim ki, mən qorxu və dram janrında olan filmlərini sevirəm. Odur ki, maraqlı siyahı olduğuna inanıram 🙂
Snowpiercer(2013) – İMDB: 7.0
Baş rollar (Chris Evans, Allison Pill, Jamie Bell, John Hurt, Tilda Swinton, Ed Harris və s.)
23 mükafat sahibi olan bu film 2031-ci ildə qlobal istiləşmənin qarşısını almaq məqsədi ilə aparılmış bir təcrübənin səhv olması nəticəsində dünyanın buzlaşmasını canlandırıb. Filmdə bu fəlakətdən xilas olan insanlar qatarda bir yerdə yaşamağa məhkumdurlar. Sonra nə olacaq özünüz baxın 🙂
Southpaw (2015) – İMDB: 7.8
Baş rollar (Rachel McAdams, Jake Gyllenhaal, Naomie Harris, 50 Cent, Forest Whitaker və s.)
Filmdə kariyerasının zirvələrini yaşayan boksçudan söhbət gedir. Sevdiyi insanı itirən baş qəhrəman həyatının mənasını itirir və özünü içkiyə təslim edir. Övladının əlindən alınması ilə yenidən həyata bağlanan Billy Hope qarşısına hədəflər qoyur. Maraqlı filmdi..İzləməyə dəyər..
Spare Parts (2015) – İMDB: 7.2
Baş rollar (George Lopez, Jamie Lee Curtis, Carlos PenaVega və s.)
4 ispan şagird heç bir təcrübələri olmadan NASA-nın elan etdiyi yarışmada iştirak edir. Qeyd edim ki, film real həyat hekayəsindən söhbət açır.
No Escape (2015) – İMDB: 6.8
Baş rollar ( Lake Bell, Pierce Brosnan, Owen Wilson və s.)
Amerikalı bir ailənin yeni köçdükləri ölkədə qarşılaşdıqları qiyamdan qaçış hekayəsindən danışır. Maraqlı və olduqca həyəcanlı filmdir.
Everest (2015) – İMDB: 7.1
Baş rollar ( Jake Gyllenhaal, Josh Brolin, John Hawkes, Jason Clarke və s.)
Film 1996-cı ildə Everestdə baş verən yaşanmış bir hadisəni canlandırır. Baxmağa dəyər 🙂
My skinny sister (2015) – İMDB: 7.1
Baş rollar ( Rebecka Josephson, Amy Diamond, Henrik Norlén və s.)
Bəlkə də siz bu filmə baxanda sıxılarsınız, lakin mən sevdim. İki bacının hekayəsini ələ almış bir filmdir.
Still Alice (2014) – İMDB: 7.5
Baş rollar ( Julianne Moore, Alec Baldwin, Kristen Stewart və s.)
Alice Howland professordur və amneziya xəstəliyinə tutulur. Çox sevmişdim bu filmi…
The Intern (2015) – İMDB: 7.3
Baş rollar ( Robert De Niro, Anne Hathaway, Rene Russo və s.)
Həyat yoldaşının ölümündən sonra Ben Whittaker yeni bir şirkətdə təcrübəçi olaraq çalışmağa başlayır. Düşünürəm bu filmi hər kəs sevəcək )
Lucia de B. (2014) – İMDB: 7.1
Baş rollar ( Marwan Kenzari, Barry Atsma, Amanda Ooms və s.)
Cinayətdən ömür boyu həbs cəzasına məhkum edilən tibb bacısı Lucia de Berkin real həyat hekayəsindən danışılır.
Hidden (2014) – İMDB: 6,4
Baş rollar ( Alexander Skarsgård, Andrea Riseborough, Emily Alyn Lind və s.)
Standart sonluqla bitməyən qorxu filmidir. Mən şəxsən çox sevdim bu filmi. Bunu mütləq qaranlıq otaqda izləyin 🙂

“Bu filmləri izləyin #mence” üçün 6 cavab

  1. yanlis anlamayin ama men de her hefte filme baxan biri kimi tesadufen qarsima cixdi acavab yazim dedim))) bu filmler hec de yaxsi filmler deyil coxsuna baxmisam ve imdb puanlari da gosterir nece filmler olduqlarini

    men size bir list atim olara baxin 😉

    1)3 idiots
    2)pursuit of happiness
    3)Hello Ghost
    4)Shutter Island
    5)V for vendetta
    6)The Intouchables
    7)Babam ve oglum
    8)The Shawshank Redemption
    9)October Sky
    10)Forest Gump

    Bəyən

    1. Mən dünyanın və ya 2015in en gozel filmleri siyahısını yazmamışam ) son günlərdə izlədiyim ən gözəl filmləri yazmışam. fikrim elə olmasaydı xüsusilə imbd qiyməti yüksək olan filmləri seçərdim 🙂 adını verdiyiniz bir necə mən də baxmamışam baxmadıqlarıma da baxacağam 🙂 təşəkkürlər 🙂

      Bəyən

  2. siyahinin evvelinden mene dogma geldiçbu filmeleri mene en cox tesir eden filmlerdi,mueyyen frazalar epizodlar yeniden gozumun onune geldi,zovqunuz maraqlidi.ugurlar

    Bəyən

  3. Men bu sadalanan filmler icerisinde “Everest”-i xatirladim . Ve yadima gelirki men bu filme baxdiqdan sonra hansisa zirveye cixmaq qerarina gelmisdim.😄Yalniz, Amerikada yagan qardan sonra (yeri gelmisken men Amerikada yasayiram ) bu fikrimden dasindim . Cunki, bu il artig qar gormek istemirem😉Dusunurem ki, diger filmler de maraqli olar .Çunki, mende qorxu filmlerini sevirem😊

    Bəyən

    1. Aha 🙂 nə gözəl Bəli gözəl filmdi EVEREST . O birilərini də bəyənəcəyinizdən əminəm)

      Bəyən

Resul üçün bir cavab yazın Cavabı ləğv et