Eşitmişəm təksən bu gecə
Qarışıb otağında həsrət və qayğıların qoxusu şərab qoxusuyla..
yatıb qalmısan boş yataqda eləcə..
Gəlim ora.. sığal çəkim telinə…
Nə deyirsən?
***
Sən yat, mən tamaşa eləyim..
Dodağına həsrət dolu busə qoyum
Yastığın göz yaşıdır…Ağlamısan..
İzn ver göz yaşına qurban olum
Nə deyirsən?
***
yuxuna girim…rəqs eyləyək bir az..
qucağıma alım səni..
Səmalara qaldırım…
dönsün başımız eşqdən.
Mən səni ovudum, sən də məni..
Nə deyirsən?
***
Eşitmişəm təksən bu gecə…..
Gəlim ora…
Nə deyirsən???…





Bir şərh yazın