Mən təlimçi və ya psixoloq deyiləm.
Mən sənin kimi biriyəm. Bir az sadə, bir az mürəkkəb, bir az yaxşı və bir az pis. Səninlə mənim əsas ortaq cəhətim ikimizin də həyatında dəyişməyimizi gözləyən gözətçilərin olmasıdır.
Nə çoxdur əslində dəyişim həvəslisi insanlar.
Hətta vəziyyət o hala çatır ki, qapı qonşu belə dəyişməyinizi tələb edir.
Adam özündən şübhə duymağa başlayır.
“Mən bu qədərmi pis insanam?”
Amma diqqətlə baxanda görürük ki, hər kəs özünə sərf edən şeyi səndə dəyişdirmək istəyir.
Məsələn, biri sənin açıq sözlü olmağını sevirsə, digəri bu açıq sözlülüyü onun üçün istifadə etdiyinə görə sənin dəyişməyini tələb edir.
Əslində özündə olan mənfiləri görməyən və ya görsə də düzəltməyi bacarmayan insanlardır dəyişimi başqasından tələb edənlər.
Kimdənsə nə dəyişməsini tələb et, nə də kiminsə səni dəyişdirməsinə izn ver.
Dəyişdirməkdənsə yeni fikirlər irəli sürmək daha məntiqli olmazdımı?
Bir insana tərs olmasını tərgitməyi tələb etməkdənsə, həmin insanın niyə tərslik etdiyini öyrənmək daha yaxşı çıxış yolu deyilmi?
Dəyişməyi gözləmək üçün ömür kifayət qədər uzun deyil. İnsanı insan yox, hadisələr dəyişdirə bilər.
Bunun üçün isə illər lazımdır sadəcə.
Ətrafınızda olmasını istədiyiniz insanları sadəcə olduqları kimi qəbul edin. Yox əgər bu insan tamamilə sizə ziddirsə hörmət çərçivəsində onunla sadəcə yolları ayırın. Əmin olun ki, necə ki, sizdə, eləcə də onun da ətrafında onu ona xas olan xasiyyətlərinə görə sevənləri kifayət qədərdir.
Niyə istər dost, istərsə də şəxsi münasibətlərinizi dəyişim gözləyərək keçirəsiniz ki?
Dəyişdirməyə və dəyişməyə ehtiyac yoxdur.
Çünki birinci halda, eqoist, ikinci halda isə ikiüzlü olmuş olarsınız.

“DƏYİŞdirəbildiklərindənsinizmi?” üçün bir cavab

  1. Əslində hamımız dəyişdirəbilən olmağa cəhd edirik çox zaman . Elə çox zaman da alınmır . Nəhayətd
    yazdığınız kimi əhatəmizdən uzaqlaşdırmaqdan savayı çarə də qalmır . Düzdü bəlkə elə bizi də dəyişdirə bilməyə çalışanlar var . Amma sağlam düşüncə ilə baxdıqda dəyişdirəbilməyənlərdən olduğuna insan o qədər əsəbləşir ki .. kaş bəzən bacar biləydik.

    tərəfindən bəyənildi 1 şəxs

Vüqar Qasımov üçün bir cavab yazın Cavabı ləğv et