Uzaqdan tamaşa edirəm sənə.
Salırsan sən məni kədərə,qəmə.
Bezmədən səcdənə gələrəm yenə.
Olmuşam önündə qul, məhəbbətim.
*******
Bir dua olmusan dodağımdasan.
Yaş olub axırsan yanağımdasan.
Bir məna olmusan həyatımdasan.
Ömrümdən getmə sən, qal, məhəbbətim
*********
Sən mənə uzaqsan tamam yad kimi,
Sən mənə günahsan haram dad kimi,
Bir tikə çörəyə möhtac ac kimi
Sənə möhtac qaldı lal məhəbbətim.
Yasaqsan ey menim, saf məhəbbətim

“Məhəbbətim” üçün bir cavab

  1. Elaaaaaaa

    Bəyən

Tural Gahramanov üçün bir cavab yazın Cavabı ləğv et