Sən oyna yağışla
Aşiq olum mən
Damlalar süzülsün yanaqlarından
Qoy məst olum mən..
Tellərin dolansın barmaqlarına
Məftun olum mən
Gözlərin ilişsin baxışlarıma
Valeh olum mən…
Utanıb üzünü çevir üzümdən
Heyran olum mən..
Yenə bax gözümə
Qurban olum mən…





Bir şərh yazın