Mənim bəxtim qaradısa, tale buna neyləsin?
Qələm məndən küsübdüsə, yazı buna neyləsin?
Nə gecəyəm, nə gündüzəm, heç bilmirəm ki, nəyəm
Mən ruhumu itirmişəm, bədən buna neyləsin?
Bir sazım var, hey inləyir yana-yana sinəmdə.
Barışıram öz özümə bir kimsədən küsəndə.
Laylay desin dost tanışlar məzarıma gələndə.
Mən bir qərib müsafirəm, dünya buna neyləsin?…





vafa üçün bir cavab yazın Cavabı ləğv et