Başlıqdan da gördüyünüz kimi, mövzu istirahətdir. Uzun iş gecələri, ağır imtahanlar, insanlarla baş verən anlaşılmazlıqlar və düşüncələr. Hər biri insanı yoran ünsürlərdir. Əgər sən kresloda oturub, qaşlarını qaldırıb, boş-boş divara baxırsansa və bunu edərkən əzələlərində sızıltını hiss edib dərin bir ah çəkirsənsə, təbrik edirəm, dotum – YORĞUNSAN 😀
Artıq bir ildən çoxdur ki, bircə həftəlik istirahətə böyük ehtiyacım olsa da bunu edə bilmirəm. Ümidim sadəcə mənəvi istirahətlərə qalır. Amma o deyim ki, çox xərc tələb etmədən edilən bu istirahətlər əhvalın yüksəlməsinə səbəb olur 🙂
Əgər siz də yorğun hiss edirsinizsə, bu üsulları sınaqdan keçirə bilərsiniz:
- Mahıya qulaq asın. Evin və ya olduğunuz yerin ən sakit yerinə keçin və bəstələrə qulaq asın. Sözlərin olmadığı və sadəcə musiqinin hakim kəsildiyi bu melodiyalar sizin beyninizi, ruhunuzu sakitləşdirəcək. Yaxşı olardı ki, qulaqcıqlardan istifadə etməyəsiniz. Yox əgər olduğunuz yer səs küylüdürsə, o zaman qulaqcıqlardan istidafə edərkın gözlərinizi qapayın. Mən çox vaxt Şopeni dinləməyi sevirəm 🙂
- Gəzin. Deyə bilərsiniz, bunun nəyi dincəlmək oldu. Amma tək gəzdikdə, özünüzlə baş-başa qaldıqda, demək olar ki, dincəlmiş olacaqsınız. Səslərə qulaq verin. Ayrıd etməyə çalışın səsləri. Öz problemlərinizi düşünməməyə çalışın. Onsuzda o problemlər var və olacaq. Mən bunu tez-tez edirəm. İnanın ki, çox xeyri var.
- Yazın. Ən çox sizi sakitləşdirəcək üsul ola bilər. Əgər ki, yazmaqla aranız yaxşıdırsa. Əlinizə bir qələm alın və ya monitorun qarşısına keçin və başlayın yazmağa. Bir müddətdən sonra bu tutquya çevriləcək. Mən şəxsən nəsə yazandan sonra rahatlandığımı hiss edirəm ).
- Oxuyun. Kitab oxuyun amma kitab olsun xahiş edirəm :). Pdf kitab oxumaq, xəbər saytlarından xəbər oxumaq kimi bir şeydir. Ən sevimli guşənizə keçin və başlayın oxumağa. Mən İndiyə kimi oxumamaqda niyə dirəşdiyimi bilmədiyim “Ali&Nino”nu oxuyuram bu günlərdə.
- Rəqs edin. Bəli! Demək olar ki, nəyəsə üzüləndə və ya yorğunluğumu hiss edəndə rəqs edirəm. Düzdü, təkbaşına qulaqcıqları taxaraq rəqs etdikdə evdəkilər heç də normal reaksiya vermirlər 🙂 Bu məndə bir az sıxıntı yaratsa da, əgər sizin gedə biləcəyiniz əyləncə məkanları və rahat rəqs edə biləcəyiniz yer varsa, mütləq bacarsanız da, bacarmasanız da rəqs edin. Bütün mənfi enerjilərdən qurtulmuş olacaqsınız. Məsələn, bu yaxınlarda eşitdim ki, “SPRING LOVE FESTIVAL” olacaq, kim doyunca rəqs edib, əylənmək istəsə #mence gedə bilər 🙂 Bəlkə mən də orda oldum )
Mən belə dincəlirəm 🙂 siz necə dincəldiyinizi rəylərdə yaza bilərsiniz. Bəlkə sizin üsullar daha maraqlı olar .
Hər birimizə xoooş istirahətlər 🙂






Günel Fərhadqızı (Gunel Farkhad Emin) üçün bir cavab yazın Cavabı ləğv et