Get gözümdən uzaqlara
Sevdiyini biləndə gəl.
Çox batmısan günahlara
Haqq yoluna gələndə, gəl.
Oyun oyna eşq bağında,
Min gülü dər gənc çağında.
Sən ömrünün payızında
Həsrətimi görəndə gəl.
Get gəz, dolaş, kefini çək,
Ye, iç, əylən ölənədək.
Dörd divarla qalanda tək,
Göz yaşını tökəndə gəl.





Elçin üçün bir cavab yazın Cavabı ləğv et