Gündəlik həyatımızda müxtəlif saytlara daxil oluruq. Və o saytlar və orda qarşılaşdıqlarımız (xəbərlərdən başqa 🙂 ) bizim üçün normal sayılır.
Qarşılaşdığım maraqlı, qeyri-adi və faydalı ola biləcək 8 saytı bir yerə topladım.
Bəlkə sizin üçün də maraqlı oldu 🙂
1. Musclewiki
Bu sayta daxil olaraq, cinsinizi və bədəninizdə inkişaf etdirmək istədiyiniz əzələni seçirsiniz. Daha sonra sayt sizə lazım olan idman hərəkətləri təqdim edəcək.

2. weavesilk.com
Hərdən boş vaxtınızda bu sayta daxil olaraq maraqlı rəsimlər çəkə bilərsiniz. Hansıları ki, bir çoxumuz istəsək də çəkə bilmərik 🙂
Mənim hazırladığım şəkil bu oldu ..

3. ifixit.com
Kənardan bəlkə də çoxu üçün yararsız kimi görünə bilər amma mənim kimi təmirdən başı çıxmayan amma əlində əlac olsa xarab olmuş elektronik əşyaların hamsını sökməyə meylli olan biri üçün məncə idealdır 🙂
Bu sayt sizə təmir yollarını göstərəcək.

4. myfridgefood.com
Bu tip saytlar əslində az deyil. Mən bu saytı seçdim. Deməli, mətbəxinizdə olan ərzaqları daxil edirsiniz və sizə nə bişirə biləcəyinizi bu sayt söyləyir 🙂

5. www.fiveminutes.gs
Qısaca bunu deyə bilərəm – Mütləq bu oyunu oynayın 🙂

6. takemeback.to
Bu sayt sizi tarixə aparacaq. Necə?
Getmək istədiyiniz tarixi yazırsınız və o vaxta aid olanlar, musiqilər, əsərlər sizin qarşınıza çıxacaq.

7. bookseer.com
Bu sayta daxil olaraq, son oxuduğunuz kitabı daxil edirsiniz və sayt sizə oxuduğunuz kitaba əsasən sonra oxumağı məsləhət bildiyi kitabları təqdim edəcək.

8. radiooooo.com
İli seçirsiniz, ölkəni seçirsiniz və o vaxtların musiqilərini dinləyirsiniz 🙂

Əgər sizin də bildiyiniz, eşitdiyiniz, gördüyünüz maraqlı saytlar varsa rəylər bölməsinə əlavə ediniz 🙂






Bir şərh yazın