Bu işdə ədalət hardadır görən?
Yoxluğun da sənin tərəfindədir
Mən tək savaşıram xatirələrlə,
Düşmanımsa sənsən, qərəzin nədir?
Bilmirəm mən kimə şikayət edim?
Qoy səni həbs etsin bəbəklərimə.
Vursun qollarına sevgi qandalı,
Bağlasın bir ucun biləklərimə.
“Sevgidən kim ölüb?” demisən, eşit
Ölməyə nə var ki, sonu torpaqdı.
Ay zalım, bu sevgi ölüm deyil ki,
Ölümdə də betər, bu ayrılıqdı.

“Müharibə” üçün 2 cavab

  1. Əla şeirdi çox bəyəndim . Uğurlar Günel xanım

    Bəyən

    1. Çox sağ olun Nəbi bəy 🙂

      Bəyən

gunelabduraxman üçün bir cavab yazın Cavabı ləğv et