Yenə sənsizlikdən dəm vurur qələm
Darıxıb adınçün ucu göynəyir.
Bacarsa dil açıb soruşar məndən
İlhamım hardadır, görən neynəyir?
 
Bir buna baxsana gör nələr edir
Məgər bilmirmi ki, eşq təmizlikdir.
Bəyaz kağız üstə adını yazır
Hərflər düzülüb..ləkə kimidir..
 
Bir vaxtlar sevgidən yazdıran qadın
İndisə xəyanət timsalı olub
Qüruru yoxdurmu görən qələmin
Gör kimin adını yazıb doldurub..

“Qələm” üçün bir cavab

Bir şərh yazın