Payıza sözüm yox, qışa küsgünəm
Yarpaqla nə işim, yelə küsgünəm,
Yarımçıq bəstəyə, natamam şeirə
Ömrümdən kəsilən günə küsgünəm..
Bağımda gül əksəm, tikana dönər,
Göydəki günəş də köz olub sönər.
Utanmasa bəxtim dil açıb deyər,
“Məni sənə yazan ələ küsgünəm”





Bir şərh yazın