İndi görən hardayam?
Üşüyürmü əllərim,
de, hansı dalandayam?
Yumulurmu gözlərim,

Yəqin təkcə gəzirəm,
Adımı unutmuşam.
Bəlkə də təzdən yenə
O evə qayıtmışam.

İtmişəm küçələrdə
Kimsəsizlər kimi-yəm,
Mən ki çox cavan idim
İndi qoca kimiyəm,

İndi görən hardayam,
Kimə bel bağlamışam?
Yəqin yenə hardasa
Nəyəsə ağlamışam…

One response to “Itkin”

saxavetagdamli üçün bir cavab yazın Cavabı ləğv et