Mənim bəxtim qaradısa, tale buna neyləsin?
Qələm məndən küsübdüsə, yazı buna neyləsin?
Nə gecəyəm, nə gündüzəm, heç bilmirəm ki, nəyəm
Mən ruhumu itirmişəm, bədən buna neyləsin?

Bir sazım var, hey inləyir yana-yana sinəmdə.
Barışıram öz özümə bir kimsədən küsəndə.
Laylay desin dost tanışlar məzarıma gələndə.
Mən bir qərib müsafirəm, dünya buna neyləsin?…

2 responses to “Neyləsin?”

  1. deyir məni öldürməyə zəhər neyləsin 🙂 İçimdə boşluqdu yalandı dünya:). P.s ela yazmısan həmişəki kimi

    Bəyən

Bir şərh yazın