İndi görən hardayam?
Üşüyürmü əllərim,
de, hansı dalandayam?
Yumulurmu gözlərim,
Yəqin təkcə gəzirəm,
Adımı unutmuşam.
Bəlkə də təzdən yenə
O evə qayıtmışam.
İtmişəm küçələrdə
Kimsəsizlər kimi-yəm,
Mən ki çox cavan idim
İndi qoca kimiyəm,
İndi görən hardayam,
Kimə bel bağlamışam?
Yəqin yenə hardasa
Nəyəsə ağlamışam…





Bir şərh yazın