Vərəq olum önündə
Qarala sən üstümü,
Lap istəsən yaz mənə
Sevdiyinin ismini.
Ürək şəkli çək oxla
Qan tökülsün qədəhə,
Şeir yazmağa çalış
Gecədən ta səhərə.
Sirlərini yaz mənə
Ən yaxının mən olum,
Üzülüb ağlayanda
Göz yaşına qovuşum.
Hərdən yorulub baş qoy
Saçın düşsün sinəmə,
Mən sənə aşiq olum,
Sən isə boş vərəğə






Jeyhun üçün bir cavab yazın Cavabı ləğv et