Vərəq olum önündə

Qarala sən üstümü,

Lap istəsən yaz mənə

Sevdiyinin ismini.

Ürək şəkli çək oxla

Qan tökülsün qədəhə,

Şeir yazmağa çalış

Gecədən ta səhərə.

Sirlərini yaz mənə

Ən yaxının mən olum,

Üzülüb ağlayanda

Göz yaşına qovuşum.

Hərdən yorulub baş qoy

Saçın düşsün sinəmə,

Mən sənə aşiq olum,

Sən isə boş vərəğə

“Boş vərəq” üçün 2 cavab

  1. Mukemmel

    tərəfindən bəyənildi 1 şəxs

gunelabduraxman üçün bir cavab yazın Cavabı ləğv et